Fransa millisinin baş məşqçisi Didye Deşam 2026-cı il dünya çempionatının 1/4 final mərhələsində Mərakeş yığması üzərində qazanılan qələbəni (2:0) şərh edib.

Matc.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Təcrübəli mütəxəssis çətin oyunu geridə qoyduqlarını qeyd edib: "Yaxşı oyun oldu, lakin çətin qarşılaşma keçirdik. Bu gün penaltini qola çevirə bilmədik və bir neçə şansı əldən verdik. Kilian Mbappe ilə heç bir problem yoxdur. O, qol vurmazdan əvvəl fürsəti qaçırsa belə, özünə heç vaxt şübhə etmir. Biz tam olaraq istədiyimiz yerdəyik. Yaxşı bərpa olunacağıq və rəqibimizin kim olacağına baxacağıq.

Fransada nə qədər həyəcan və ehtirasın hökm sürdüyünü təsəvvür edirəm. Burada isə biz öz dünyamızdayıq və mən buna daha çox əminəm. Məhz buna görə buradayıq və futbolçular mümkün qədər irəli getmək üçün əllərindən gələni etməyə borcludurlar. Biz ciddi bir maneəni dəf etdik".

Qeyd edək ki, Fransa millisi yarımfinalda İspaniya - Belçika cütünün qalibi ilə qarşılaşacaq. Oyun iyulun 14-ü, çərşənbə axşamı baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest