Fransa millisinin hücumçusu Kilian Mbappe 2026-cı il dünya çempionatının 1/4 finalında Mərakeşlə qarşılaşmada qol vuraraq unikal nailiyyətə imza atıb.
Fransa millisinin hücumçusu Kilian Mbappe 2026-cı il dünya çempionatının 1/4 finalında Mərakeşlə qarşılaşmada qol vuraraq unikal nailiyyətə imza atıb.
Matc.az xəbər verir ki, ABŞ-ın Boston şəhərində baş tutan oyun Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Mbappe ard-arda iki dünya çempionatında 10-dan çox məhsuldar fəaliyyətlə (qol və ötürmə) yaddaqalan ilk futbolçu olub. Qətərdə keçirilən 2022-ci il dünya çempionatında 8 qol və 2 məhsuldar ötürmə edən fransız ulduz, cari mundialda artıq 8 qol və 3 assitə çatıb.
Mərakeşlə oyunda hesabı açan Mbappenin ardınca Usman Dembele matçın son nəticəsini müəyyənləşdirib. Futbol tarixində indiyədək heç bir oyunçuya ardıcıl iki dünya çempionatında bu cür statistikaya imza atmaq müyəssər olmayıb. Bu qələbə sayəsində Fransa millisi yarımfinala yüksəlib.













