"Barselona" böyük yay transfer kampaniyasını maliyyələşdirmək üçün 210 milyon avro məbləğində bank krediti rəsmiləşdirib.

Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Bildirilir ki, vəsaitin əsas hissəsi 3 oyunçunun – Madrid "Atletiko"sunun hücumçusu Xulian Alvaresin, "Əl-Hilal"ın müdafiəçisi Joao Kanselonun və Dortmund "Borussiya"sının vingeri Kərim Adeyeminin alınmasına yönəldiləcək.

Götürülən vəsaitin bir hissəsi həmçinin əməkhaqlarının ödənilməsi də daxil olmaqla, klubun əməliyyat xərclərinin qarşılanmasına sərf ediləcək. Kredit klubun gələcək gəlirləri hesabına götürülüb.

Adeyeminin keçidi ilə bağlı sövdələşmənin yaxın vaxtlarda bağlanacağı gözlənilir. Alvares və Kanselonun transferləri isə əksinə, daha çox vaxt tələb edəcək. "Barselona" argentinalı hücumçu ilə bağlı danışıqları dünya çempionatı başa çatdıqdan sonra aktivləşdirəcək, portuqaliyalı müdafiəçinin keçidini rəsmiləşdirmək üçün isə vergi məsələlərini tənzimləmək lazımdır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest