"Nyukasl" "Ayaks"ın yarımmüdafiəçisi Şon Stör ilə 5 illik müqavilə imzaladığını elan edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı Şon Stör Amsterdam klubunun yetirməsidir. O, "Ayaks"ın əsas komandasında 26 matçda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Transfermarkt" portalında niderlandlı futbolçunun dəyəri 7 milyon avro qiymətləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest