"Milan"ın yeni baş məşqçisi Ruben Amorim yarımmüdafiəçi Luka Modriçi növbəti mövsümdə komandada saxlamaq niyyətini təsdiqləyib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, iyunun sonunda müqaviləsi başa çatan xorvatiyalı yarımmüdafiəçi klubun UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməməsi səbəbindən ilkin olaraq komandadan ayrılmağa meylli olub.
"Modriçin qalmasını istəyirəm. Luka ilə artıq danışmışam və ehtiyac yaranarsa, şəxsən gedib onu gətirəcəyəm. Modriçin bu mövsüm bizimlə olmasını istəyirəm", - deyə Amorim bildirib.
Ötən yay "Real"dan azad agent kimi "Milan"a keçən təcrübəli futbolçu, 2025/2026 mövsümündə meydana çıxdığı 37 rəsmi matçda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.













