08 İyul 2026, 15:40
FUTBOL
"İmişli" klubu heyətini gənc qapıçı Sadiq Məmmədzadə ilə gücləndirib.
"İmişli" klubu heyətini gənc qapıçı Sadiq Məmmədzadə ilə gücləndirib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü olan qapıçı ilə 2 illik müqavilə imzalanıb.
Sadiq Məmmədzadə peşəkar karyerasına "Səbail"də başlayıb və 7 il bu klubun formasını geyinib. Daha sonra "Qarabağ"ın əsas komandasına qoşulan qolkiper, son mövsümü icarə əsasında "Difai"də keçirib.
Bundan əlavə, bölgə təmsilçisi qapıçı məşqçisi Elşad Tahirov ilə əməkdaşlığını davam etdirmək qərarına gəlib və təcrübəli məşqçi ilə 1 illik yeni müqavilə imzalanıb.












