"Arsenal"ın sabiq baş məşqçisi, hazırda isə FIFA-nın qlobal futbolun inkişafı şöbəsinin rəhbəri olan Arsen Venger dünya çempionatının favoritləri barədə fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.
Təcrübəli mütəxəssis turnirin qalibinin Fransa olacağını iddia edib:
"Fransa dünya çempionatını qazanacaq. Bilirəm, deyəcəksiniz ki, "əlbəttə, fransız olduğun üçün belə deyirsən". Lakin bu dünya çempionatını analiz etsək, qatar müəyyən sürətlə gedir və siz onun üzərinə tullanmağı bacarmalısınız.
Məsələn, Asiya komandaları matçların intensivliyi və tempi ilə bacarmadıqları üçün mübarizədən kənarlaşdılar. Rəqabət aparmaq üçün onların texniki təchizatı çatmadı. Mənim üçün əsas sual İspaniyadır. Əgər hazırda kiminsə Fransaya qalib gəlmək gücü varsa, mən İspaniyanın adını çəkərdim, çünki onların texniki səviyyəsi Fransadan daha yüksəkdir".
Qeyd edək ki, Fransa yığması 1/4 final mərhələsində iyulun 9-da, saat 23:00-da Mərakeş ilə qarşılaşacaq.












