Misir Futbol Assosiasiyası (EFA) 2026-cı il dünya çempionatının 1/8 finalında Argentina ilə keçirilən oyunun baş hakimi fransalı Fransua Leteksiyenin hərəkətlərindən Beynəlxalq Futbol Federasiyasına (FIFA) rəsmi şikayət ünvanlayıb.

Matc.az xəbər verir ki, bu barədə "Voices of Emirates" portalı EFA prezidenti Hani Abu Ridanın sözlərinə istinadən məlumat yayıb.

Bildirilir ki, Hani Abu Rida fransalı referinin matç zamanı ciddi səhvlərə yol verdiyini və "ikili standartlar tətbiq etdiyini" vurğulayaraq onun barəsində araşdırma aparılmasını tələb edib.

Qurum rəhbəri qeydə alınmayan qol və təyin olunmayan penalti epizodlarında VAR hakimləri də daxil olmaqla bütün briqadanın "aşkar səhvlər etdiyini və bəzi məqamlara israrla baxmaqdan imtina etdiyini" bildirib.

O, hakimin səhvlərinin Misir millisinə qarşı "ayrı-seçkilik" olduğunu əsas gətirərək briqadanın dünya çempionatından kənarlaşdırılmasını tələb edib.

Qeyd edək ki, Misir seçməsi matçın 79-cu dəqiqəsinə qədər 2 top fərqi ilə öndə olsa da, yekunda Argentinaya 2:3 hesabı ilə məğlub olaraq qələbəni əldən verib. Argentina isə 1/4 finalda İsveçrə - Kolumbiya cütünün qalibi ilə qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest