Fransanın "Paris" klubu ingiltərəli mütəxəssis Liam Rosenyorun baş məşqçi vəzifəsinə təyin olunduğunu elan edib.

Matc.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 41 yaşlı çalışdırıcı ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb. O, komanda tətildən qayıtdıqdan sonra iyulun 9-da rəsmən işinə başlayacaq.

Rosenyor bu postda Antuan Kombuareni əvəzləyib. 2025/26 mövsümünün yekunlarına əsasən, "Paris" Liqa 1-də 11-ci yeri tutub.

Rosenyorun Fransa futbolunda artıq iş təcrübəsi var. O, 2024-2026-cı illərdə "Strasburq"a rəhbərlik edib. 2026-cı ilin yanvarında isə mütəxəssis "Çelsi" ilə uzunmüddətli müqavilə imzalayaraq bu komandanın baş məşqçisi olub. Lakin ardıcıl məğlubiyyətlərdən sonra Rosenyor cəmi 3 ay tab gətirdiyi vəzifəsindən qovulub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest