Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunlarına start verilir.

Matc.az xəbər verir ki, ölkəmizi mötəbər turnirdə təmsil edəcək "Sabah" debüt oyununa çıxır.

Təmsilçimiz I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Uelsin TNS komandası ile qarşılaşacaq. Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, bu oyunun cavab qarşılaşması iyulun 14-də Uelsin Ozuestri şəhərindəki "Park Hall" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi
7 iyul

20:00. "Sabah" – TNS

Baş hakim: Patrik Qriskieviç
Baş hakimin köməkçiləri: Marçin Boniek, Bartoş Kasunski
Dördüncü hakim: Voyçex Mus
VAR: Kornel Paşkieviç
AVAR: Bartoş Frankovski
"Bank Respublika Arena" stadionu (Masazır)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest