"Onların heyətində hər an oyunu dəyişəcək futbolçular var".

"Zirə"nin kapitanı Qismət Alıyev UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" (Kutaisi) klubu ilə keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, 29 yaşlı müdafiəçi qarşıdakı oyun barədə danışarkən komandanın iddialı olduğunu vurğulayıb:

"Sabah bizi yaxşı və təcrübəli komandaya qarşı oyun gözləyir. "Torpedo" son illərdə avrokuboklarda daim iştirak edir. Bizim də yetərincə təcrübəmiz var. Sabah ən yaxşısını etməyə çalışacağıq ki, meydandan istədiyimiz nəticə ilə ayrılaq".

Təcrübəli oyunçu isti hava şəraitinin onlara çətinlik yaratmayacağını qeyd edib: "Bundan əvvəl də isti havalarda oynamışıq. Problem yaradacağını düşünmürəm. Komanda şəklində oyuna hazırlaşırıq".

Rəqibin güclü tərəflərinə də toxunan kapitan diqqətli olmalı olduqlarını bildirib: "Məşqçilər rəqib haqda yetərincə tapşırıqlar veriblər. Onların heyətində hər an oyunu dəyişəcək futbolçular var. Sabah ilk dəqiqələrdən diqqətli olmalıyıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest