Gəncə təmsilçisi Camal Cəfərov ilə yollarını ayırıb.

"Kəpəz"də növbəti ayrılıq reallaşıb. Gəncə təmsilçisi Camal Cəfərov ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 24 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə başa çatan müqavilə uzadılmayıb.

Camal Cəfərov ötən mövsüm gəncəlilərin heyətində 13 oyun keçirib.

Qeyd edək ki, Qərb təmsilçisi Camal Cəfərov ilə yanaşı Rauf Hüseynli, Məhəmməd Hüseynov, Fərid Nəbiyev, Luis Paçu və Yusif İmanovla ilə də yollarını ayırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest