Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatının 1/8 finalında Misirə 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra təəssüratlarını bölüşüb.

Matc.az xəbər verir ki, bu barədə "TyC Sports" nəşri məlumat yayıb.

"Biz yaxşı oynadıq. Penaltidən başqa, əla məqamlarımız oldu. Qapıçı bir neçə inanılmaz seyv etdi. Xoşbəxtlikdən, sonda mənim şansım yarandı. Baş verənlərdən sonra belə bir komandaya kömək edə bilmək xüsusi bir şeydir" - deyə Messi bildirib.

Qeyd edək ki, Argentina 1/4 finalda İsveçrə ilə qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest