Frederik Massara Turinin "Yuventus" klubunun texniki direktoru vəzifəsinə təyin edilib.

Matc.az xəbər verir ki, İtaliya klubunun mətbuat xidməti rəsmi məlumat yayıb.

Bildirilir ki, Massara birbaşa "Yuventus"un baş icraçı direktoru Covanni Karnevaliyə tabe olacaq və idman direktoru Marko Ottolini ilə sıx əməkdaşlıq şəraitində çalışacaq. Müqavilənin müddəti barədə məlumat açıqlanmır.

Yalnız may ayının sonunda cəmi 1 il çalışdığı "Roma"nın idman direktoru vəzifəsindən azad edilən Massara, daha əvvəl "Palermo", "Milan" və Fransanın "Renn" klublarında da fəaliyyət göstərib.

Eyni zamanda klub rəhbərliyində əfsanəvi keçmiş müdafiəçi Corco Kyellini də yeni vəzifə alıb. O, klub işləri üzrə direktor təyin edilib və UEFA və ya İtaliya Futbol Federasiyası kimi idman təşkilatları ilə əməkdaşlığa cavabdeh olacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest