Bu gün UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin oyunlarına start verilir.

Matc.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edəcək "Zirə" I təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın "Torpedo" (Kutaisi) kollektivini qəbul edəcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmanı finlandiyalı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, komandaların cavab görüşü isə iyulun 16-da Kutaisidəki Ramaz Şengeliya adına stadionda baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

UEFA Konfrans Liqası
I təsnifat mərhələsi
8 iyul

20:00. "Zirə" – "Torpedo"

Baş hakim: Yani Hüytiya
Baş hakimin köməkçiləri: Veli-Matti Leppenen, Yusso Mantere
Dördüncü hakim: Peyman Simani
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu (Sumqayıt)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest