Son çempion Argentina ilə yanaşı, Fransa, Norveç, İngiltərə, Belçika, İspaniya, Mərakeş və İsveçrə 1/4 finala yüksəlib.
Futbolda üzrə 2016-cı il dünya çempionatının 1/8 final mərhələsinin bütün oyunları başa çatıb.
Matc.az xəbər verir ki, son çempion Argentina ilə yanaşı, Fransa, Norveç, İngiltərə, Belçika, İspaniya, Mərakeş və İsveçrə 1/4 finala yüksəlib.
Növbəti mərhələdə fransızlar Mərakeşlə qarşılaşacaq, norveçlilər ingilislərlə mübarizə aparacaq, Belçika İspaniyaya qarşı oynayacaq, Argentina isə İsveçrə ilə üz-üzə gələcək.
Dünya çempionatının 1/4 final oyunlarının təqvimi:
10 iyul, saat 00:00 | Fransa – Mərakeş
10 iyul, saat 23:00 | İspaniya – Belçika
12 iyul, saat 01:00 | Norveç – İngiltərə
12 iyul, saat 05:00 | Argentina – İsveçrə
Qeyd edək ki, futbol tarixində ilk dəfə olaraq üç ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçirilən dünya çempionatı 11 iyun – 19 iyul 2026-cı il tarixləri arasında təşkil olunur.






 копия_1783466488.jpg)






