07 İyul 2026, 17:03
FUTBOL
Transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" Mustafa Əhmədzadə ilə yeni müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 23 yaşlı yarımmüdafiəçi daha 2 il "qırmızı-ağlar"ın formasını geyinəcək.
O, 2023-cü ildən komandada çıxış edir.
Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.













