"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS komandasına qarşı keçirdikləri ilk oyundan (1:0) sonra təşkil edilən mətbuat konfransında iştirak edib.
Matc.az xəbər verir ki, litvalı mütəxəssis qələbəni şərh edərək komandasının çıxışından razı qaldığını bildirib:
"Futbolçularımı, azarkeşləri təbrik edirəm. Çətin oyun oldu. Mümkün qədər çox hücum etməyə çalışdıq. Gözlədik və nəhayət istədiyimiz qolu vurduq. Səfərdə bizi çətin qarşılaşma gözləyir. Rəqib artıq iki qol fərqi ilə geridədir. Ev oyunlarında irəli atılmağa çalışacaqlar. Biz də boşluqlardan istifadə etməyə çalışacağıq.
İlk hissədə daha yaxşı oynadıq. Boşluqlara şığıyan komanda olmaq istəyirdik. İlk qolu künc zərbəsindən vurduq. Daha sonra oyun epizodunda fərqləndik. Son dəqiqəyə qədər oyuna dominantlıq edən tərəf idik".
Xatırladaq ki, komandalar arasında cavab matçı iyulun 14-də Uelsdə baş tutacaq.


 копия_1783466488.jpg)










