ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino dünya çempionatından kənarlaşdıqdan sonra özünə bəraət qazandırmayacağını bildirərək Belçikanın yüksək səviyyəli oyununu qeyd edib.

Matc.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, təcrübəli mütəxəssis oyunla bağlı fikirlərini bölüşərkən rəqibin üstünlüyünü etiraf edib: "Başlanğıcdan çox çətin oldu. Belçikanı təbrik edirik, onlar bizdən daha yaxşı idilər. Bu, bizim günümüz deyildi. Mən bəraət axtarmıram... Biz həmişə nümayiş etdirdiyimiz oyunu göstərə bilmədik və reallıq budur. Biz öyrənməli, matçı analiz etməli və dünya çempionatındakı digər oyunlar kimi bu görüşə də niyə eyni cür yanaşa bilmədiyimizi anlamalıyıq. Bu, bizim günümüz deyildi... Həmişə nümayiş etdirdiyimiz performansı göstərmədik".

Xatırladaq ki, Belçika yığması cari dünya çempionatında ABŞ komandasına 4:1 hesabı ilə qalib gəlib. Rudi Qarsiyanın yetirmələrini növbəti mərhələdə İspaniya ilə qarşılaşma gözləyir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest