07 İyul 2026, 09:17
FUTBOL
Belçika millisi futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində ABŞ yığmasını 4:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Matc.az xəbər verir ki, "Lümen Fild" stadionunda keçirilən görüşün ən yaxşı oyunçusu Belçika yığmasının hücumçusu Şarl de Ketelare seçilib.
O, amerikalılarla matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Dünya çempionatının 1/16 finalında Maurisio Poçettinonun yetirmələri Bosniya və Herseqovinanı (2:0), Belçika millisi isə Seneqalı (3:2) üstələmişdi.
Qeyd edək ki, DÇ-2026-nın 1/4 final mərhələsində Belçika millisi İspaniya yığması ilə qarşılaşacaq. Qarşılaşma iyulun 10-da baş tutacaq.





_1783418624.jpg)







