FIFA referisi Tural Qurbanov növbəti təyinat alıb.

FIFA referisi Tural Qurbanov növbəti təyinat alıb.

Matc.az xəbər verir ki, T.Qurbanov UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Deçiç" (Monteneqro) – "Liepaya" (Latviya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Asiman Əzizli və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

İyulun 15-də Tuzi şəhərində yerləşən "Tuşko Polje" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest