"Hoffenhaym"ın və Fil Dişi Sahili millisinin vingeri Bazumana Ture "Nyukasl"ın oyunçusu olub.

Matc.az xəbər verir ki, İngiltərə klubunun mətbuat xidmətinin yaydığı rəsmi məlumata görə, 20 yaşlı futbolçu ilə müddəti açıqlanmayan uzunmüddətli müqavilə imzalanıb.

Bildirilir ki, transferin məbləği 47 milyon avro təşkil edib, lakin bonuslarla birlikdə bu rəqəm 50 milyon avroya çata bilər.

Ture 2025-ci ilin fevralından, yəni Almaniya klubunun onu "Hammarbi"dən transfer etdiyi vaxtdan bəri "Hoffenhaym"da çıxış edirdi. O, Almaniya təmsilçisinin heyətində keçirdiyi il yarım ərzində bütün turnirlərdə 45 matçda meydana çıxıb, 5 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

O, Fil Dişi Sahili yığmasının heyətində çıxış etdiyi 9 oyunda 2 qol vurub. Bu qarşılaşmalardan 3-ü dünya çempionatı çərçivəsində baş tutub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest