PSJ-nin və Cənubi Koreya millisinin yarımmüdafiəçisi Li Kan İn Madridin "Atletiko" klubu ilə danışıqların həlledici mərhələsindədir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder və jurnalist Fabrisio Romano paylaşıb.
Bildirilir ki, tərəflər müqavilənin son detallarını razılaşdırırlar. Madrid təmsilçisi transferi yaxın vaxtlarda rəsmiləşdirmək niyyətindədir.
Li Kan İn 2023-cü ildən Paris klubunun heyətində çıxış edir. Yarımmüdafiəçi ötən mövsüm meydana çıxdığı 39 matçda 4 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bundan başqa, oyunçu Cənubi Koreya yığmasının heyətində 2026-cı il dünya çempionatında da iştirak edib, lakin komandası gözlənilmədən qrup mərhələsini adlaya bilməyib.
"Transfermarkt" portalındafutbolçunun hazırkı bazar dəyəri 28 milyon avro təşkil edir.












