04 İyul 2026, 23:26
FUTBOL
Mərakeş millisinin yarımmüdafiəçisi Azzedin Unai komandasının Kanadaya qalib gəldiyi dünya çempionatı 2026-nın 1/8 final mərhələsinin oyununda matçın ən yaxşı futbolçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Unai qarşılaşmanın 50-ci dəqiqəsində hesabı açıb. 82-ci dəqiqədə isə o, dublunu rəsmiləşdirib.
Mərakeşlilər dünya çempionatının 1/4 final mərhələsində Paraqvay – Fransa cütünün qalibi ilə qarşılaşacaqlar.













