Əlcəzair millisinin baş məşqçisi Vladimir Petkoviç yaxın vaxtlarda vəzifəsindən kənarlaşdırılacaq.

Matc.az xəbər verir ki, bu barədə insayder Romen Molina məlumat yayıb.

Bildirilir ki, Əlcəzair Futbol Federasiyasının rəhbərliyi 62 yaşlı bosniyalı mütəxəssisin işindən narazıdır və dünya çempionatı 2026-nın 1/16 finalında İsveçrəyə məğlub olaraq turnirlə vidalaşdıqdan sonra onu istefaya göndərmək niyyətindədir.

Dünya çempionatından dərhal əvvəl Petkoviçlə müqavilənin müddəti 2028-ci ifin yayına qədər uzadılmışdı, buna görə də məşqçinin qovulması əlcəzairlilərə baha başa gələ bilər. Hər halda, onlar bosniyalı mütəxəssislə müqaviləyə kompensasiya ödənilmədən, qarşılıqlı razılıq əsasında xitam verilməsi barədə razılığa gələcəklərinə ümid edirlər.

Qeyd edək ki, Petkoviç 2024-cü ilin fevralından Əlcəzair millisinə rəhbərlik edir. Bu müddət ərzində o, komandanın başında 45 oyuna çıxıb, bu matçlarda 30 qələbə qazanıb və 5 məğlubiyyətlə üzləşib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest