Argentina millisinin kapitanı Lionel Messi milli komanda səviyyəsində beynəlxalq oyunların sayına görə dünya reytinqində ikinci pilləyə yüksəlib.
Matc.az xəbər verir ki, bu barədə "Squawka" analitik resursu məlumat yayıb.
Bildirilir ki, dünya çempionatı 2026-nın Kabo-Verdeyə qarşı keçirilən 1/16 final mərhələsinin oyunu 39 yaşlı hücumçu üçün Argentina formasında 203-cü matç olub. Bu göstərici ilə Leo hər birinin aktivində 202 oyun olan xorvatiyalı Luka Modriçi və Küveyt millisinin üzvü Bader Əl-Mutavanı geridə qoyub.
Milli komandada ən çox oyun keçirən futbolçuların dünya reytinqinə isə Portuqaliya yığmasının heyətində 232 qarşılaşmada meydana çıxan Kriştiano Ronaldo başçılıq edir.
Milli komandalarda ən çox matçs çıxan ilk "dörd"lük:
1. Kriştianu Ronaldu – 232 matç
2. Lionel Messi – 203
3. Luka Modriç – 202
4. Bader Əl-Mutava – 202













