"İmişli" klubu yeni mövsüm öncəsi heyətində dəyişiklik etməyə davam edir və bölgə təmsilçisi belaruslu qapıçısı Andrey Sinenka ilə rəsmən yollarını ayırıb.
"İmişli" klubu yeni mövsüm öncəsi heyətində dəyişiklik etməyə davam edir və bölgə təmsilçisi belaruslu qapıçısı Andrey Sinenka ilə rəsmən yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Bildirilir ki, 29 yaşlı belaruslu qolkiperin müddəti başa çatan müqaviləsi yenilənməyib və tərəflər əməkdaşlığı uzatmamaq barədə qarşılıqlı razılığa gəliblər.
Klub rəhbərliyi qapıçıya komandaya verdiyi töhfələrə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Andrey Sinenka 2024-cü ilin avqustundan etibarən "İmişli"nin şərəfini qoruyurdu.













