Argentina millisinin hücumçusu Lionel Messi karyerası ərzində dünya çempionatlarında 30 matça çıxan tarixdə ilk futbolçu olub.
Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi karyerası ərzində dünya çempionatlarında 30 matça çıxan tarixdə ilk futbolçu olub.
Matc.az xəbər verir ki, "OptaJavier" idman nəşri bu barədə məlumat yayıb.
Bildirilir ki, o, bu uğura cari dünya çempionatının 1/16 finalında Kabo-Verdeyə qarşı keçirilən oyunda start heyətində meydana çıxmaqla imza atıb.
Messi dünya çempionatlarında debütünü 2006-cı ildə edib. Həmin vaxt ulduz oyunçu qrup mərhələsinin ikinci turunda Serbiya və Çernoqoriyaya qarşı keçirilən görüşün (6:0) 74-cü dəqiqəsində əvəzetmədən meydana daxil olaraq bir qol və bir məhsuldar ötürmə ilə yadda qalmışdı.
Xatırladaq ki, Messi cari dünya çempionatının qrup mərhələsindən sonra Miroslav Klozenin rekordunu qıraraq turnir tarixinin ən yaxşı bombardiri ünvanına sahib çıxıb.
Həmçinin, 39 yaşlı hücumçu qrup mərhələsinin üçüncü turunda İordaniya ilə qarşılaşmada (Argentinanın 3:1 hesablı qələbəsi) rəqib qapısına yol taparaq dünya çempionatları tarixində ardıcıl 7 matçda qol vuran ilk oyunçu olub.













