"Avstraliya" millisinin və London "Tottenhem"inin sabiq baş məşqçisi Ange Postekoqlu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun sükanı arxasına keçib.
Matc.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuat xidməti bu barədə məlumat yayıb.
Bildirilir ki, mütəxəssis yeni klubu ilə 2 mövsümlük müqavilə imzalayıb. O, bu postda portuqaliyalı məşqçi Jorje Jejusu əvəzləyib.
Təcrübəli mütəxəssis heyətində Kriştiano Ronaldo, Joau Feliks, Sadio Mane və Kinqsli Koman kimi ulduzların çıxış etdiyi Səudiyyə Ərəbistanının son çempionunun uğurları üçün çalışacaq.
Postekoqlu 30 illik məşqçilik karyerası ərzində Avstraliya yığması, Yaponiyanın "Yokohama F. Marinos", Şotlandiyanın "Seltik" və İngiltərənin "Tottenhem" klublarına rəhbərlik edib. O, London təmsilçisi ilə 2024/25 mövsümündə Avropa Liqasının qalibi olub.
Xatırladaq ki, "Nottingem Forest" qeyri-qənaətbəxş nəticələrə görə təyinatından cəmi 40 gün sonra Ange Postekoqlunun istefaya göndərildiyini elan etmişdi.













