"Mançester Siti"nin və Niderland millisinin mərkəz müdafiəçisi Natan Ake "Fənərbaxça"ya transfer olunub.

Matc.az xəbər verir ki, Türkiyə klubunun mətbuat xidməti bu barədə məlumat yayıb.

Bildirilir ki, 30 yaşlı müdafiəçinin transfer qiyməti və müqaviləsinin detalları açıqlanmır. "Transfermarkt" portalı Akenin transfer dəyərini 12 milyon avro kimi qiymətləndirir.

Niderlandlı oyunçu 2020-ci ilin yayında 45,3 milyon avro qarşılığında "Bornmut"dan "Mançester Siti"yə keçmişdi. O, Mançester təmsilçisinin heyətində meydana çıxdığı 177 rəsmi oyunda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Ake Niderland seçməsinin heyətində keçirdiyi 62 qarşılaşmada 5 dəfə rəqib qapılarına yol tapıb. Təcrübəli oyunçu millisinin 1/16 finalda Mərakeşə uduzaraq mübarizəni dayandırdığı 2026-cı il dünya çempionatında 3 matçda iştirak edib.

Xatırladaq ki, cari ilin iyun ayında "Fənərbaxça"nın baş məşqçisi postuna İsmayıl Kartal gətirilib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest