İstanbulun "Beşiktaş" klubu "Napoli"nin və Belçika millisinin ulduz hücumçusu Romelu Lukakunu heyətinə qatmaqda maraqlıdır.

Matc.az xəbər verir ki, "Fanatik" nəşri bu barədə məlumat yayıb.

Bildirilir ki, "Beşiktaş" yeni mövsüm üçün ulduz hücumçu axtarışlarını davam etdirir. Əvvəllər "Yuventus"dan Duşan Vlahoviçlə maraqlanan klub, indi diqqətini Lukakuya yönəldib.

"Napoli" 33 yaşlı hücumçunu cəmi 10 milyon avroya satmağa hazırdır. Forvardın mart ayında klubun icazəsi olmadan zədədən təkbaşına bərpa olunmaq qərarı tərəflər arasındakı münasibətləri tamamilə pozub və indi "Napoli" hücumçudan xilas olmaq istəyir.

Ötən mövsüm Lukakunun hesabında "Napoli"nin heyətində bütün turnirlərdə 7 matçda 1 qol var. Hücumçu bu yaxınlarda Belçika millisinin tarixində dünya çempionatlarında ən çox qol vuran futbolçu olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest