27 May 2026, 20:53
MPL
Mikels “Sabah”ın tarixində ən çox qol vurmuş futbolçudur. O, komandanın heyətində keçirdiyi 139 oyunda 72 qola imza atıb.
“Sabah” Coy-Lens Mikelslə yeni müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, futbolçu ilə bağlanmış yeni müqavilənin müddəti 2 ildir.
Mikels “Sabah”ın tarixində ən çox qol vurmuş futbolçudur. O, komandanın heyətində keçirdiyi 139 oyunda 72 qola imza atıb.
Ruanda millisinin də üzvü olan futbolçu “Sabah” forması ilə 1 dəfə Azərbaycan çempionu olub, 2 dəfə isə ölkə kubokunu qazanıb. Misli Premyer Liqasının 2025/26 mövsümündə keçirdiyi 25 oyunda 19 qol vuran Mikels çempionatın bombardiri olub.







_1692637766.png)





