İsveçrəli forvarda eyni vaxtda Qazaxıstanın iki klubu maraq göstərir. Rossi Rusiya və Səudiyyə Ərəbistanı klublarının da diqqətini cəlb edib.

"Şamaxı"nın hücumçusu Kərim Rossi Qazaxıstan Premyer Liqası klublarının diqqətini cəlb edib.

Matc.az xəbər verir ki, bu barədə "amanvibe.kz" saytı məlumat yayıb.

İsveçrəli forvarda eyni vaxtda Qazaxıstanın iki klubu maraq göstərir. Rossi Rusiya və Səudiyyə Ərəbistanı klublarının da diqqətini cəlb edib. 32 yaşlı futbolçunun Azərbaycan klubu ilə müqaviləsi mayın sonunda başa çatır.

Qeyd edək ki, Kərim Rossi mövsümün əvvəlindən "Şamaxı"da çıxış edir. O, bölgə təmsilçisinin heyətində keçirdiyi  30 oyunda 9 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest