I Liqaya yüksələn "Bursaspor" kamerunlu forvardın xidmətində maraqlıdır. "Ağ-yaşıllar" mövsümün sonunda Azərbaycan klubu ilə müqaviləsi başa çatan Abubakarla danışıqlara başlamağı planlaşdırır.
"Neftçi"nin hücumçusu Vensan Abubakar Türkiyəyə qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Africafoot" nəşri məlumat yayıb.
I Liqaya yüksələn "Bursaspor" kamerunlu forvardın xidmətində maraqlıdır. "Ağ-yaşıllar" mövsümün sonunda Azərbaycan klubu ilə müqaviləsi başa çatan Abubakarla danışıqlara başlamağı planlaşdırır.
Vensan Abubakar 2025-ci ilin oktyabrından "Neftçi"də çıxış edir. 34 yaşlı futbolçu "ağ-qaralar"ın heyətində keçirdiyi 18 oyunda 9 qol vurub, 1 qol ötürməsi edib. Təcrübəli oyunçu daha əvvəl Türkiyədə "Beşiktaş" və "Hatayspor"un formasını geyinib.






_1779107343.jpg)






