"Sabah" "Holştayn Kil"dən icarəyə götürdüyü Timoteuş Puxaçın transfer hüquqlarına yiyələnəcək.

Matc.az xəbər verir ki, bu barədə "Meczyki.pl" saytı məlumat yayıb.

Azərbaycan Premyer Liqasının lideri Almaaniya klubu ilə razılıq əldə edib. Xəbərdə qeyd olunub ki, "Sabah" polşalı futbolçu üçün bir neçə yüz min avro təzminat ödəyəcək. 27 yaşlı sol cinah müdafiəçisi Masazır təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Sabah" Timoteuş Puxaçı 2025-ci ilin sentyabrında icarəyə götürüb. Oyunçu komandanın heyətində keçirdiyi 32 matçda 2 qol vurub, 12 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest