Misli Premyer Liqasının XXXI turunun "Turan Tovuz" - "Karvan" oyununun biletləri satışa çıxarılıb.

Matc.az xəbər verir ki, biletləri bu gündən etibarən stadionun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək olar.

2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Qeyd edək ki, oyun 10 may tarixində, saat 17:00-da Tovuz şəhər stadionunda baş tutacaq. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest