Misli Premyer Liqasının XXX turunun “Qarabağ” – “Turan Tovuz” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı.
Matc.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– Ümumilikdə, ağır oyun keçdi. “Qarabağ” daha çox üstün tərəf idi. İkinci hissənin əvvəlində buraxılan iki qol oyunumuza təsir etdi. Sonda vəziyyəti düzəltmək üçün cəhdlərimiz oldu, amma alınmadı.
– Denis Marandiçinin durumu nə yerdədir?
– Əməliyyat olunub. Ümid edirik ki, növbəti mövsümə qayıdacaq.
– Çoxsaylı qol epizodlarınızı əldən buraxmağınızı necə şərh edərdiniz?
– Məncə, həyəcanla bağlı idi. Şanslardan yararlana bilsəydik, başqa cür olardı.
– Buraxdığınız qollarda rəqibin ustalığı çox idi, ya qapıçınızın səhvi?
– İkinci qol rikoşet, ilk qol isə rəqibin ustalığı ilə bağlı idi.
– İkincilik yolunda həlledici matç idi. Futbolçularınızın motivasiyasının kifayət qədər olduğunu düşünürsünüz?
– Bayaq qeyd etdim, həyəcan var idi və bu, məhz təzyiqlə bağlıydı.












_1777916360.jpg)