Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Matc.az xəbər verir ki, yarımfinalın hər iki oyunu eyni saatda start götürüb.
Portuqaliyada "Braqa" Almaniyanın "Frayburq" komandasını qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablə qələbəsi ilə yekunlaşıb.
Yarımfinalın digər oyununda isə iki ingilis komandası üz-üzə gəlib. "Siti Qraund" stadionunda "Nottinqem Forest" "Aston Villa"nı minimal hesabla məğlub edib.
Qeyd edək ki, yarımfinalın cavab görüşləri mayın 7-də keçiriləcək.
UEFA Avropa Liqası
Yarımfinal, ilk oyunlar
30 aprel
"Nottinqem Forest" (İngiltərə) – "Aston Villa" (İngiltərə) - 1:0
Qol: Vud, 71 (pen)
"Braqa" (Portuqaliya) – "Frayburq" (Almaniya) - 2:1
Qollar: Tiknaz, 8, Dorgeles, 90+2 // Qrifo, 16













