22 Aprel 2026, 19:22
FUTBOL
Danimarkanın "Midtyulland" klubunun 19 yaşlı qvineyalı yarımmüdafiəçisi Alamara Djabi silahlı hücumun qurbanı olub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, hadisə aprelin 19-u bazar günü, təxminən saat 3:30-da klubun yerləşdiyi Herninq şəhərində baş verib. Naməlum şəxs Djabiyə bıçaqla hücum edərək həyati təhlükə yaradan xəsarətlər yetirib.
Futbolçu təcili yardımla xəstəxanaya aparılıb, orada iki əməliyyat keçirib. Hazırda Djabinin vəziyyəti sabitləşib. Polis futtbolçuya hücum etməkdə şübhəli bilinən 20 yaşlı şəxsi axtarır.







_1776883012.jpg)




