Türkiyə Kubokunda 1/4 final mərhələsinin oyunlarına start verilib.

Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş turub.

"Fənərbaxça" səfərdə "Konyaspor"la üz-üzə gəlib. İstanbul təmsilçisi görüşün 120+2-ci dəqiqəsində qapısında gördüyü penalti qolundan sonra kubokla vidalaşmalı olub. Qarşılaşmanın yeganə qolunu Marko Evtoviç vurub.

Qeyd edək ki, 1/4 final mərhələsinin digə qarşılaşmalarında "Qalatasaray" "Gənclərbirliyi" ilə, "Samsunspor" "Trabzonspor"la, "Beşiktaş" isə "Alanyaspor"la üz-üzə gələcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest