Rafael Markes Meksika milli komandasının baş məşqçisi təyin olunacaq.

Matc.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Markes hazırda yığmanı çalışdıran Xavyer Aqirrenin köməkçisidir. "Barselona"nın sabiq müdafiəçisi DÇ-2026 bitdikdən sonra baş məşqçi vəzifəsini icra edəcək.

Qeyd edək ki, Meksika yığması iyun-iyul aylarında keçiriləcək dünya çempionatında CAR, Cənubi Koreya və Çexiya ilə mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest