"Bayer"in müdafiəçisi Alexandro Qrimaldo karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Saşa Tavolyeri məlumat yayıb.

"Beşiktaş" ispaniyalı futbolçunu transfer etmək istəyir. İstanbul təmsilçisi Qrimaldo ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Qara qartallar" 30 yaşlı sol cinah müdafiəçisinin klubu ilə danışıqları davam etdirir.

Qeyd edək ki, Alexandro Qrimaldo bu mövsüm "Bayer"in heyətində bütün turnirlərdə keçirdiyi 41 oyunda 14 qol vurub, 11 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest