22 Aprel 2026, 17:02
FUTBOL
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola turnir cədvəlindəki vəziyyətə görə narahat olub-olmaması ilə bağlı sualı cavablandırıb.
Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandanın emosiyalarını tam nəzarət altında saxladığını bildirib:
"Qətiyyən narahat deyiləm. Ötən mövsüm əsəbiləşirdim. Onda ciddi təzyiq var idi. İndi isə heç vaxt olmadığı qədər sakitik. Hətta "Arsenal" üzərində qələbədən sonra belə".
Xatırladaq ki, "Mançester Siti" ötən həftə öz meydanında "Arsenal"ı (2:1) məğlub edərək çempionluq uğrunda mübarizədə intriqanı artırıb. Hazırda "şəhərlilər" 67 xalla ikinci pillədə qərarlaşıb. Lider "Arsenal"ın isə 70 xalı var, lakin bir oyun artıq keçirib.

_1776883012.jpg)








_1776867456.jpg)

