"Çelsi"nin klub tarixində 113 ilin ən çox məğlubiyyət seriyası qeydə alınıb.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Ötən gün Liam Roseniorun komandası Premyer Liqanın 34-cü turunda səfərdə "Brayton"a 3:0 hesabı ilə məğlub olub. Bu, "Çelsi"nin çempionatda ardıcıl beşinci məğlubiyyətidir və komanda 1993-cü ildən bəri ilk dəfə belə hal ilə üzləşib.
Üstəlik, Roseniorun komandası bu məğlubiyyətlərin heç birində bir qol belə vura bilməyib. "Çelsi" 1912-ci ildən bəri ardıcıl beş çempionat oyununda qolsuz oyun keçirməyib.
"Çelsi" sonuncu dəfə bu il martın 4-də "Aston Villa"nı səfərdə 1:4 hesabı ilə məğlub etdiyi zaman qol vuraraq qələbə qazanıb.
Qeyd edək ki, London klubu hazırda Premyer Liqanın turnir cədvəlində 48 xalla 7-ci yerdədir.






_1776883012.jpg)





