"Komo" İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "İnter"ə 2:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
Matc.az xəbər verir ki, baş məşqçi Sesk Fabreqas rəqibin heyətində çıxış edən Hakan Çalhanoğlu barədə danışıb. İspaniyalı müütəxəssis türkiyəli yarımmüdafiəçi haqda xoş sözlər səsləndirib:
"Hakan Çalhanoğluna heyranam. "İnter"ə qarşı oynadığımız zaman ilk baxdığım şey onun oynayıb-oynamamasıdır. Oyunu buna uyğun qururuq. Çünki onun kimi çempion oyunçular sən qüsursuz oynasan belə, çıxış yolu tapa bilirlər. Andrea Pirlo, Luka Modriç və Toni Kroos kimi futbolçular çox deyil. Çalhanoğlu həqiqətən ətrafında komanda qurula biləcək bir oyunçudur".
Qeyd edək ki, Hakan Çalhanoğlu "İnter"in iki qolunun müəllifi olub.











_1776858447.jpg)
