22 Aprel 2026, 09:20
FUTBOL
"Ştutqart"ın baş məşqçisi Sebastian Höenes cari mövsümün sonunda "Real"ın baş məşqçisi ola bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Bild" nışri paylaşıb.
Çempionlar Liqasında mübarizəni dayandırması və çempionatda "Barselona"dan geridə olması klub rəhbərliyinə ciddi təzyiq göstərdiyindən "Real" yeni məşqçi axtarışındadır. Alman məşqçinin bu vəzifəyə əsas namizədlərdən biri olduğu qeyd edilir.
Məşqçinin Almaniya klubu ilə hazırkı müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.
Qeyd edək ki, Höenes 2023-cü ildən "Ştutqart"a rəhbərlik edir. Onun rəhbərliyi altında klub 2024/25 mövsümündə Almaniya Kubokunu qazanıb.












