"Bornmut"un yarımmüdafiəçisi Aleks Skott Premyer Liqanın böyük klublarının transfer siyahısında yer alıb.

Matc.az xəbər verir ki, bu barədə "CaughtOffside" nəşri məlumat yayıb.

"Mançester Yunayted" və "Çelsi" ingiltərəli futbolçunu transfer etmək istəyir. Hər iki klub Skottu yayda heyətinə qatmağa çalışacaq. Klubu 22 yaşlı oyunçuya 40 milyon funt-sterlinq qiymət qoyub.

Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Aleks Skott bu mövsüm "Bornmut"un heyətində keçirdiyi 35 oyunda 4 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest