"Başakşehir" "Roma"dan icarəyə götürdüyü Eldor Şomurodovun transfer hüquqlarına yiyələnəcək.

Matc.az xəbər verir ki, bu barədə "Il Tempo" məlumat yayıb.

Özbəkistanlı forvardın performansı İstanbul klubunu qane edib. Türklər 30 yaşlı hücumçu üçün 2,8 milyon avroluq satınalma bəndini işə salacaq.

Qeyd edək ki, "Başakşehir" Eldor Şomurodovu mövsümün əvvəlində 3 milyon avro qarşılığında icarəyə götürüb. Təcrübəli futbolçu Super Liqa təmsilçisinin heyətində keçirdiyi 40 oyunda 19 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest