22 Aprel 2026, 00:15
FUTBOL
Bu gün Bizon Azərbaycan Kubokunda ikinci finalçı bəlli olacaq.
Matc.az xəbər verir ki, yarımfinal mərhələsinin ikinci cavab qarşılaşmasında "Sabah" "Qarabağ" ilə üz-üzə gələcək.
"Bank Respublika Arena"da baş tutacaq görüşü Rəvan Həmzəzadə idarə edəcək.
Qeyd edək ki, ilk finalçı "Turan Tovuz"u mübarizədən kənarlaşdıran "Zirə" komandasıdır.
Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunu
22 aprel (çərşənbə)
20:00. "Sabah" – "Qarabağ"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu
VAR: Kamranbəy Rəhimov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
"Bank Respublika Arena"












