"Atletiko"un norveçli hücumçusu Aleksandr Sörlot karyerasını "Milan"da davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Milan" hazırda növbəti mövsüm üçün mərkəz hücumçusu axtarır. Klub Robert Levandovski və Duşan Vlahoviçi transfer etməkdə maraqlı idi, lakin onların maaş tələbləri klub rəhbərliyini bu qərardan çəkindirdi.

"Milan"ın hazırda əsas hədəfi Aleksandr Sörlotdur. Madrid klubu oyunçusu üçün 40 milyon avro tələb edir. İtaliya klubunun rəhbərliyi sonda 20-25 milyon avro və bonuslar müqabilində razılığa gəlməyə ümid edir.

Qeyd edək ki, hücumçu bu mövsüm 47 oyunda meydana çıxıb, 17 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest